Azərbaycanda səhiyyə tenderlərində ən çox qalib gələn şirkət məlum olub.
FED.az xəbər verir ki, "Arash Medical Company" MMC şirkəti bu il 24 milyon 216 min manat məbləğində 28 tender müqaviləsi bağlayıb. Şirkət tibbi və laboratoriya avadanlıqlarının təhcizatı, təmiri və başqa xidmətlərin görüməsi tenderlərinin qalibi olub.
Eləcə də bax: 10 iş günündə 11 tender udan «QOÇAQ ŞİRKƏT» - SİYAHI
Şirkətin udduğu ən böyük tender Səhiyyə Nazirliyinin keçirdiyi “Bakı şəhərində Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Sümük Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) işləri” tenderi olub. Nazirlik bu tender üçün şirkətlə 3 milyon 502,9 min manat məbləğində müqavilə bağlayıb.
"Arash Medical Company" MMC şirkətinin Lənkəran rayon Mərkəzi Xəstəxanası ilə bağladığı “Tibbi avadanlıqların təmiri işləri” tender müqaviləsinin məbləği 12 min manat olub. Bu - şirkətin 2019-cu ildə qazandığı ən kiçik tender olub.