“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC ““Milli Məkan Məlumatlarının monitorinqi üçün Azərbaycan Respublikası ərazisinin peyk təsvirlərinin çəkilməsi və ortofotoplanlarının hazırlanması xidmətləri”nin satın alınması” tenderinin nəticələrini elan edib.
Şərqi Zəngəzur və Qarabağda 3,3 milyon manatlıq geoloji işlər aparılacaq - QALİB ŞİRKƏT
FED.az xəbər verir ki, tenderin qalibi “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” PHŞ olub.
Qalib şirkətlə 12 610 448 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) 26 sentyabr 2011-ci ildə yaradılıb və qanuni təmsilçisi Ağəli Abasov Əvəz oğludur.