Geoloji Kəşfiyyat Agentliyi “Şərqi Zəngəzur, Qarabağ, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonları ərazilərində hiperspektral və məsafədən zondlama üsulları ilə Geofiziki və Geokimyəvi anomaliyaların xəritələnməsi, filiz və qeyri-filiz yataqlarının və təzahürlərinin aşkarlanması işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət Agentliyi sığortaçı seçir - 2 MİLYON MANATLIQ TENDER
FED.az xəbər verir ki, tenderin qalibi Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) olub.
Qalib şirkətə 3 319 725 manat ödəniləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) 26 sentyabr 2011-ci ildə yaradılıb və qanuni təmsilçisi Ağəli Abasov Əvəz oğludur.