2025-ci ildə Azərbaycanda dövlət xətti ilə ümumi dəyəri 4,9 milyard manat olan 9 965 elektron satınalma həyata keçirilib.
Azərbaycanda elektron satınalma hesabına büdcəyə - 800 MİLYON QƏNAƏT EDİLİB
AmCham: İki il keçsə də, dövlət şirkətlərində elektron satınalmalar tətbiq olunmayıb
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 11,4 % və 1,8 % çoxdur.
Ötən il açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib. Əvvəlki ilə nisbətən dövlət satınalmalarında orta iştirakçı sayı 2,9 % artıb.











