"Bu ilin altı ayında Azərbaycanda müsabiqə əsaslı satınalmaların həcmi 94 %-dən çox artıb".
Eləcə də bax: İlham Əliyev: «Qarabağdakı işlər açıq tenderlə bölünməlidir, inhisarçılıq olmamalıdır»
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Nazir qeyd edib ki, İqtisadiyyatın şəffaflığının təmin olunmasında, hesab edirəm ki, mühüm istiqamətlərdən biri də dövlət satınalmalarının şəffaflığıdır.
“Ümumi satınalmalarda müsabiqə əsaslı satınalmaların xüsusi çəkisi hazırda 60 %-ə çatır”, - deyə o, əlavə edib.