Ədliyyə Nazirliyi İT xidməti üzrə elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: İcra hakimiyyəti dekorativ bitkilər üçün - 240 MİN MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tenderi qazanan şirkət "İdrak Texnoloji Transfer" MMC olub.
Nazirlik məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi üzrə informasiya sisteminin, aidiyyəti avadanlığın və şəbəkə infrastrukturunun il ərzində saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması üçün "İdrak Texnoloji Transfer" MMC ilə 906 min 108 manatlıq müqavilə imzalayıb.