Mingəçevir şəhər İcra Hakimiyyətinin Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi dekorativ bitkilərin alınması üçün 240 min 511 manat xərcləyib.
Eləcə də bax: Dənizkənarı Bulvar İdarəsi dekorativ bitkilər üçün - 270 MİN MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, qurum tenderi qazanan "NIHAD MMC" MMC ilə Mal-materialın,ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satın alınması üçün 172 min 177 və 68 min 334 manat məbləğlərində 2 müqavilə bağlayıb.