2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 10 920,6 ton kolbasa məmulatları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə kolbasa məmulatları istehsalı 1065,8 ton və ya 10,8% (1,1 dəfə) artıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 9854,8 ton təşkil edib.
2023-cü ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 31,6 ton təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 2 ton yaxud 6,0% (0,9 dəfə) azdır.
2022-ci ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 33,6 ton olub.