Azərbcanda iri tenderlərin ardıcıl qazanan daha bir «tender çəmpionu» tapılıb.
FED.az xəbər verir ki, bu «Fərid» Firmasıdır (VÖEN 6200016771).
«Fərid» Firması son il yarımda Təhsil Nazirliyinin elan etdiyi çoxsaylı iri tenderlərin qalibi olub. Maraqlı cəhət odur ki firma demək olar ki yalnız bağça - məktəbəqədər təhsil müəssisələrinini tenderlərini qazanır.
1999-cu ildə yaradılan və cəmi 100 manatlıq nizamnamə kapitalına malik olan “Fərid” firmasının qanuna təmsilçisi Qubad İbrahimov Kərəm oğludur.
Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi Əhmədli dön.1-4, ev 9, m. 12 ünvanında yerləşən firma 2024-2025-ci illərdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən elan edilən 8 tenderdə qalib elan edilərək 50 milyon manatdan artıq sifariş alıb.
FED.az xəbər verir ki, 2023-cü ilin sonundan 1,3 milyonluq tenderlə başlayan bu tender silsiləsi məbləği hər dəfə artmaqla 2024-cü ilin sonunda 8 milyona, 2025-ci ilin iyulunda isə 9,7 milyon manata çatıb.
Sonuncu belə tender TN-nin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən məktəbəqədər təhsil müəssisələrində genişmiqyaslı təmir, abadlıq və kommunal-kommunikasiya işləri üçün elan edilmişdi. «Fərid» Firması bu tenderdə qabil elan edilərək ümumilikdə 9 667 089 manat məbləğində sifariş alıb.
Yeri gəlmişkən, önəmli məqam odur ki, tender elanlarında satınalmanın əhatə etdiyi bağçaların dəqiq sayı göstərilmir. Məsələn, 9,7 milyon manatlıq işləri nəzərdə tutan sonuncu tenderin neçə bağçaya aid olması açıqlanmır.
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən elan edilən və «Fərid» Firmasının qalib elan edildiyi tenderlər:
№ |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
1 |
Respublikanın bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir, abadlıq və kommunal-kommunikasiya işləri. |
9 667 088 AZN |
14.07.2025 22:35 |
2 |
Respublikanın təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması |
7 985 904 AZN |
26.11.2024 09:34 |
3 |
Respublika üzrə məktəbəqədər təhsil müəssisələrində təmir, abadlıq və kommunal-kommunikasiya işlərinin satınalınması |
6 704 488 AZN |
19.11.2024 18:39 |
4 |
Respublikanın bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalması |
6 632 749 AZN |
01.11.2024 18:03 |
5 |
Respublikanın bir sıra məktəbəqədər təhsil müəssisələrində cari təmir və kommunal-kommunikasiya işlərinin satınalınması |
5 165 720 AZN |
09.10.2024 12:07 |
6 |
Respublikanın bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması |
7 255 232 AZN |
08.10.2024 18:30 |
7 |
Respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri, kommmunal-kommunikasiya və abadlıq işlərinin satınalınması |
5 299 450 AZN |
08.02.2024 11:14 |
8 |
Respublikanin bir sira təhsil müəssisələrinin təmiri, kommunal-kommunikasiya və abadliq işlərinin satinalinmasi |
1 826 876 AZN |
13.12.2023 10:57 |
|
CƏMİ MƏBLƏĞ |
50 537 509,73 AZN |