Yanvar-sentyabr aylarında 60 milyon 147,68 min dollar dəyərində 30 min 241,67 ton ət idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, idxal östərciləri məbləğ ifadəsi ilə 8 milyon 225,77 min dollar (15,8%), dəyər ifadəsi ilə 1 322,41 ton (4,6%) artıb.
Keçən ilin yanvar-sentyabr aylarında xaricdən 51 milyon 929,91 min ABŞ dolları dəyərində 28 min 919,26 ton ət idxal edilmişdi.
Beləliklə bir ton ətin idxal qiyməti bu il 1989 dollar, ötən ilin müvafiq dövründə 1795 dollar təşkil edib. Bu göstərici son bir ildə 193 dollar, başqa sözlə 10,8% artıb.
Xatırladaq ki, cari ilin ilk 9 ayında ət idxalı Azərbaycanın ümumi idxalının 0,48%-nə bərabər olub. 2022-ci ilin eyni dövründə isə bu göstərici 0,50% idi.