2023-cü ilin yanvar- sentyabr aylarında Azərbaycana 210 milyon 742,28 min dollar dəyərində 792 min 331,38 ton buğda idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 51 milyon 324,12 min dollar (19,6%) azalıb, miqdar ifadəsi ilə 48 min 131,03 ton (6,5%) artıb.
2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycana 262 milyon 66,4 min dollar dəyərində 744 min 200,35 ton buğda idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 266 dollar təşkil edib. Bu göstərici son bir ildə 86 dollar (24,5%) azalıb. Ötən ilin eyni dövründə 1 ton buğdaya çəkilən xərcin dəyəri 352 dollar olub.
Xatırladaq ki, cari ilin ilk 9 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.67%-nə bərabər olub. 2022-ci ilin eyni dövründə isə bu göstərici 2,55% idi.