Elektrik veriliş xəttinin çəkilməsi ilə bağlı keçirilən tenderlərin təhlili göstərir ki, layihələrin əksəriyyəti Qarabağ bölgəsində həyata keçirilir. Bu tenderlər, regionun yenidən qurulması və infrastrukturun bərpası istiqamətində mühüm rol oynayır.
Azərbaycanda su təchizatı tenderlərini kimlər udur? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu il ərzində elektrik xətlərinin çəkilməsi üzrə ümumilikdə məbləği 33 milyon 562 min manat olan 9 tender keçirilib. Tenderlər “Azərişıq” ASC-nin sifarişi ilə baş tutub. Tenderlərdə iştirak edən şirkətlər arasında xüsusilə "SMCS" MMC və "Harmony İndustrial Construction and Engineering Group" MMC xüsusilə seçilir, həyata keçirilən işlərin əhəmiyyətli hissəsi məhz bu şirkətlər tərəfindən icra olunur.
"SMCS" MMC üç müxtəlif layihə üzrə qalib olub və ümumilikdə 6 794 460 AZN məbləğində müqavilələr imzalayıb. Şirkətin iştirak etdiyi layihələr əsasən Xocavənd, Füzuli və Şuşa rayonlarında elektrik təchizatı ilə bağlıdır. Onun aldığı ən yüksək dəyərli tender Füzuli rayonu üzrə olub və 3 milyon 820 min manat təşkil edib.
Digər tərəfdən, tenderlər arasında ən böyük məbləğə malik olan layihə Cəbrayıl rayonu üzrə həyata keçirilib. Bu tenderin qalibi "Harmony İndustrial Construction and Engineering Group" MMC olub və layihənin dəyəri 10 milyon 10 min manat təşkil edib. Ümumilikdə isə "Harmony İndustrial Construction and Engineering Group" MMC iki layihədə qalib olub.
Tenderlərin dəyərinə baxdıqda, layihələrin qiymətləri geniş spektri əhatə edir. Ən kiçik məbləğ 904 783 manatla başlayır və ən yüksək məbləğ 10 010 min manatadək çatır. İkinci ən böyük tender isə Laçın rayonu üzrə həyata keçirilib və bu layihə "Smart Energy Services" MMC tərəfindən 6 milyon 321 min manatla təmin olunub.
Tenderlərdə iştirak edən digər mühüm şirkətlərdən biri də "Şans Construction" MMC-dir. Bu şirkət Qubadlı və Laçın rayonlarında keçirilən iki müxtəlif tenderdə qalib olub və ümumilikdə 6 milyon 766 min manat məbləğində müqavilələr imzalayıb.
Ümumilikdə, tenderlərin əksəriyyəti Qarabağ bölgəsinin müxtəlif rayonlarında həyata keçirilən elektrik təchizatı layihələrinə yönəlib.
Daha detallı aşağıdakı cədvəldə :
№ |
Satınalma predmeti |
Qalibin adı |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
1 |
Xocavənd rayonu Hadrut qəsəbəsi, Tuğ kəndi və ətraf kəndlərin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi |
"SMCS" MMC |
904 783 AZN |
16.09.2024 17:34 |
2 |
Füzuli rayonu Pirəhmədli (Mandıllı və Musabəyli kəndləri ilə birlikdə) və Dədəli (İşıqlı kəndi ilə birlikdə) kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri |
"SMCS" MMC |
3 820 238 AZN |
04.07.2024 09:05 |
3 |
Şuşa rayonu Aşağıquşçu, Yuxarıquşçu və Qaybalı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işləri |
"SMCS" MMC |
2 069 439 AZN |
01.07.2024 14:27 |
Cəmi : 6 794 460 AZN |
||||
|
||||
1 |
Ağdam rayonu Eyvazxanbəyli kəndinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işləri |
"Harmony İndustrial Construction and Engineering Group" MMC |
1 548 835 AZN |
24.07.2024 11:02 |
2 |
Cəbrayıl rayonu Horovlu, Şükürbəyli kəndlərinin və Xudafərin qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri |
"Harmony İndustrial Construction and Engineering Group" MMC |
10 010 611 AZN |
13.06.2024 10:15 |
Cəmi : 11 559 446 AZN |
||||
|
||||
1 |
“Qubadlı rayonu Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi” işləri |
"Şans Construction" MMC |
4 993 918 AZN |
06.06.2024 18:47 |
2 |
Laçın rayonu Zabux və Sus kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri |
"Şans Construction" MMC |
1 772 259 AZN |
16.01.2024 15:33 |
Cəmi : 6 766 177 AZN |
||||
|
||||
1 |
Laçın rayonu Güləbird, Şəlvə, Ərikli, Kürdhacı kəndlərinin və Qorçu qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işlərinin satın alınması |
"Smart Energy Services" MMC |
6 321 091 AZN |
10.08.2024 11:07 |
2 |
Zəngilan rayonu Cahangirbəyli yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işlərinin satın alınması |
“İma-Energy” MMC |
2 121 549 AZN |
13.09.2024 12:34 |
Cəmi : 8 442 640 AZN |
||||
YEKUN : 33 562 723 AZN |