2024-cü il ərzində su təchizatı sahəsində keçirilmiş tenderlər geniş miqyaslı infrastruktur layihələri və xidmət müqavilələri ilə diqqət çəkir. Dövlət və bələdiyyə qurumlarının keçirdiyi bu tenderlər, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını göstərir.
FED.az xəbər verir ki, ümumilikdə, 2024-cü il üzrə su təchizatı tenderlərinin ümumi dəyəri nə az, nə çox 33 111 665 AZN təşkil edib.
Ən çox SAYDA tender udan şirkət 9 tender udaraq "Azərsu" ASC olub. Şirkət müxtəlif dövlət və bələdiyyə qurumlarının su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə bir çox müqavilələr imzalayıb. "Azərsu" ASC-nin udduğu tenderlərin ümumi dəyəri 446 280 AZN təşkil edir. Müxtəlif icra hakimiyyəti və mərkəzi xəstəxanalarla bağlanmış müqavilələr bu şirkəti su təchizatı sahəsində əsas oyunçuya çevirir.
Maksimum dəyərdə tender isə "Minera" MMC tərəfindən qazanılıb. Bu şirkət Laçın rayonunun Bəylik yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemləri ilə bağlı 11 359 019 AZN dəyərində böyük bir müqavilə imzalayıb. Bu müqavilə su təchizatı sahəsində ən böyük layihədir.
Bundan başqa, milyon manatlıq müqavilələr də diqqət çəkir. Məsələn:
"AZ Graft Construction" MMC Laçın rayonunun Zabux, Sus, Bəylik və Güləbird kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması ilə bağlı 7 123 232 AZN-lik müqavilə bağlayıb.
"RR İnvestment" MMC isə Ağdam rayonunun Kəngərli və Xıdırlı kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması üzrə 6 126 261 AZN-lik tenderin qalibi seçilib.
"Azərsutəchizattikinti" ASC Cəbrayıl rayonunun Şükürbəyli kəndində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə 2 560 615 AZN-lik tender udub.
"Maybo" MMC Ceyranbatan Su Təchizatı İdarəsinin ultrasüzgəcli sutəmizləyici qurğuları ilə bağlı 1 656 000 AZN dəyərində tenderi udub.
"Rəmzi" MMC Ağdam rayonunun Sarıcalı kəndinin su təchizatı və kanalizasiya sisteminin yaradılması üçün 1 609 440 AZN-lik tenderi qazanıb.
Bu layihələr su təchizatı sahəsində böyük infrastruktur işlərinin həyata keçirildiyini göstərir və dövlət tərəfindən suvarma və kanalizasiya sistemlərinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayır.
Daha detallı aşağıdakı cədvəldə :
№ |
Satınalan təşkilat |
Qalib |
Satınalma predmeti |
Məbləğ |
Tarix |
1 |
Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Atbulaq Kənd İnzibati Ərazi Vahidi Üzrə Nümayəndəliyi |
Azərsu ASC |
Azərsu ASC ilə Atbulaq kənd İƏD arasında su təchizatı əlaqədar müqavilə |
120 AZN |
24.06.2024 |
2 |
Haciqabul Rayon İcra Hakimiyyəti Başçısının Qızılburun Kənd İnzibati Dairəsi |
Azərsu ASC |
Azərsu ASC ilə Hacıqabul rayon İcra hakimiyyəti ilə su təchizatı və tullantı suların axıdılması xidməti |
120 AZN |
24.06.2024 |
3 |
"Lənkəran Rayon Mərkəzi Xəstəxanasi" PHŞ |
Azərsu ASC |
Su təchizatı və tullantı sularının axıdılması xidmətləri |
120 000 AZN |
02.05.2024 |
4 |
Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Rəncbər Kənd İnzibati Ərazi Vahidi Üzrə Nümayəndəliyi |
Azərsu ASC |
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə |
120 000 AZN |
02.05.2024 |
5 |
Hacıqabul Rayon İcra Hakimiyyəti |
Azərsu ASC |
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə |
1 860 AZN |
02.05.2024 |
6 |
Hacıqabul Rayon Statistika İdarəsi |
Azərsu ASC |
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə. |
300 AZN |
22.04.2024 |
7 |
Şirvan Şəhər İcra Hakimiyyəti |
Azərsu ASC |
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxlərlə bağlanan müqavilə |
14 600 AZN |
15.04.2024 |
8 |
"Şirvan Şəhər Mərkəzi Xəstəxanası" PHŞ |
Azərsu ASC |
Su təchizatı və tullantı sularının axıdılması |
188 000 AZN |
26.03.2024 |
9 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi |
Azərsu ASC |
Su təchizatı və tullantı sualrının axıdılması |
1 280 AZN |
27.02.2024 |
Cəmi : 446 280 AZN |
|||||
|
|||||
1 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
"Minera" MMC |
Laçın rayonunun Bəylik yaşayış məntəqəsinin sahədaxili elektrik, su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi, qaz təchizatı, yol-küçə, abadlıq və yaşıllaşdırma işləri |
11 359 019 AZN |
09.08.2024 |
2 |
"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ |
"AZ Graft Construction" MMC |
“Laçın rayonunun Zabux, Sus, Bəylik və Güləbird kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
7 123 232 AZN |
25.09.2024 |
3 |
"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ |
"RR İnvestment" MMC |
“Ağdam rayonunun Kəngərli və Xıdırlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
6 126 261 AZN |
25.09.2024 |
4 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
Azərsutəchizattikinti ASC |
Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi |
2 560 615 AZN |
11.07.2024 |
5 |
"Azərsu" ASC |
"Maybo" MMC |
"Azərsu" ASC-nin Ceyranbatan Su Təchizatı İdarəsinin Ultrasüzgəcli sutəmizləyici qurğuları və digər struktur vahidlərinin avtomatika və SCADA sahələri üçün lazim olan mal-material, avadanlıq, lisenziya və ehtiyat hissələrinin satın alınması |
1 656 000 AZN |
13.06.2024 |
6 |
"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ |
"Rəmzi" MMC |
Ağdam rayonunun Sarıcalı kəninin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
1 609 440 AZN |
25.09.2024 |
7 |
"Dayaniqli və Operativ Sosial Təminat Agentliyi" PHŞ |
"TNN" QSC |
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Sumqayıt DOST Mərkəzinin xarici su təchizatı və kanalizasiyası üzrə tikinti işlərin satın alınması |
870 042 AZN |
14.08.2024 |
8 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
“Rabitəinşaat” ASC |
Laçın rayonunun Sus yaşayış məntəqəsində su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi |
619 698 AZN |
12.06.2024 |
9 |
Dövlət Turizm Agentliyi |
"Promor" MMC |
Abşeron rayonu ərazisində yerləşən Palçıq Vulkanlarının ətrafında müasir turizm infrastrukturunun xarici su təchizatı işlərinin satın alınması |
429 671 AZN |
07.03.2024 |
10 |
Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı ASC |
"Hinal Proje" MMC |
Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması |
193 284 AZN |
24.06.2024 |
11 |
"DOST Agentliyi" PHŞ |
"Rems" MMC |
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən İsmayıllı “DOST EVİ” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin su təchizatı ilə təmin olunmasının satın alınması |
|
20.08.2024 |
12 |
"DOST Agentliyi" PHŞ |
"Topxana Layihə İnşaat" MMC |
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Gəncə DOST və Protez-Ortopedik və Bərpa Mərkəzinin xarici su təchizatı və kanalizasiyası üzrə tikinti işlərin satın alınması. |
37 988 AZN |
17.09.2024 |
13 |
"Azərsu" ASC |
“Real Təhlil İnformasiya Mərkəzi” MMC |
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti, içməli və tullantı su təchizatı sistemlərinin yaradılması və yenidən qurulması layihələri, göstərilən müştəri xidmətləri ilə reportajların və süjetlərin hazırlanması, onların Real TV-də yayımlanması xidmətin satın alınması |
21 240 AZN |
03.06.2024 |
14 |
"Ucar Rayon Mərkəzi Xəstəxanası" PHŞ |
Azərbaycan Melorasiya Su Təsərüffatı Ucar Suvarma Sisitemləri İdarəsi |
Ucar RMX tabeliyində olan kənd həkim və tibb məntəqələrinin su təchizatı |
3 000 AZN |
23.07.2024 |
15 |
Qazax Rayon Statistika İdarəsi |
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ |
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin bir mənbədən satın alınması |
600 AZN |
11.09.2024 |
Cəmi : 32 665 385 AZN |
|||||
YEKUN : 33 111 665 AZN |