Azərbaycanın əsas elektrik enerji istehsalçısı olan “Azərenerji” ATSC bir sıra malların və xidmətlərin alınması üzrə böyük tenderlər elan edib.
“Azərenerji” enerji saxlanc sisteminin yaradılması üçün şirkət axtarır - TENDER
Tenderlər yüksək gərginlikli elektrik xəttlərinin çəkilməsi və yarımstansiyanın tikintisi işlərinə aiddir. Qeyd edək ki, tenderlər üzrə təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.09.2024 10:00, zərflərin açılış tarixi və vaxtı: 20.09.2024 10:00 müəyyən olunub.
FED.az xəbər verir ki, həmin elanlar aşağıdakılardır :
1. 500/330 kV-luq “Nəvahi” yarımstansiyasının tikintisi
Müsabiqədə iştirak haqqı 7 731 manat təşkil edir.
Ehtimal olunan qiymət: 51.542.485,00 AZN
***
2. 330 kV-luq ikidövrəli “Bankə GES - Nəvahi YS” EVX-nin tikintisi
Müsabiqədə iştirak haqqı 7 966 manat təşkil edir.
Ehtimal olunan qiymət: 53.109.350,00 AZN
***
3. 500 kV-luq birdövrəli “Abşeron YS - Nəvahi YS” EVX-nin tikintisi işlərinin satınalınması
Müsabiqədə iştirak haqqı 6 068 manat təşkil edir.
Ehtimal olunan qiymət: 40.450.115,00 AZN
***
4. 330 kV-luq ikidövrəli “Biləsuvar GES – Nəvahi YS” EVX-nin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması
Müsabiqədə iştirak haqqı 8 814 manat təşkil edir.
Ehtimal olunan qiymət: 58.760.973,00 AZN
Tenderlər üzrə əlaqələndirici şəxslər :
İsazadə Həmid, Baş mütəxəssis
Email : [email protected]
Əlaqə telefonu : (012) 490-09-27; 598-05-56
Azad Məmmədov, Baş mütəxəssis
Email : [email protected]
Əlaqə telefonu : (012) 598-26-96, 490-09-27