Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 294,2 milyon manat təşkil edib.
Elektron satınalmanın keçirilməsi qaydaları - TƏSDİQ EDİLİB
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 97,3 % və yaxud təxminən 2 dəfəyə yaxın çoxdur.
“Rəqəmsallaşdırılan dövlətsatınalmaları rəqabətli və etibarlı satınalma prosesinin həyata keçirilməsinə, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəldilməsinə xidmət edir”, - deyə M.Abbasbəyli qeyd edib.