Azərbaycanda əhalinin nominal gəlirlərinin həcmində artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin avqust ayında əhalinin nominal gəlirləri 50 861,1 milyon manat olub.
Bu da illik müqayisədə 6 369,9 milyon manat (14,3%), aylıq müqayisədə 6 302 milyon manat (14,1%) artıb.
Belə ki, 2022-ci ilin avqust ayında əhalinin nominal gəlirləri 44 491,2 milyon manat, cari ilin iyul ayında 44 558,6 milyon manat olub.