Azərbaycanda dövlət tenderinə qatılan şirkətlər əsl sahiblərini – benefisiarlarını açıqlamalı olacaqlar.
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin aprelin 4-də imzaladığı “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əks olunub.
Eləcə də bax: Prezidentdən korrupsiyaya qarşı mübarizə ilə bağlı - SƏRƏNCAM
Tədbirlər Planının «Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi sahəsində tədbirlər» hissəsində sadalanan tədbirlər arasında «Dövlət satınalmalarında iştirak edən şirkətlərə benefisiar mülkiyyətçinin açıqlanması öhdəliyinin müəyyən edilməsi ilə bağlı təkliflərin təqdim edilməsi» də nəzərdə tutulub. Plana əsasən bu işlə
İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Monitorinqi Xidməti məşğul olacaq, prosesə Baş Prokurorluq da cəlb edilə bilər.
Yeri gəlmişkən, təkliflərin hazırlanması ən uzun müddətə başa gələn tədbirlərdən biri kimi müəyyən olunub – ona ayrılan vaxt 2022─ 2026-cı illərdir.
Planda göstərilir ki, ilkin olaraq dövlət satınalmalarında iştirak edən hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri üzrə strateji təhlillərin aparılacaq, sonra hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinin müəyyən edilməsinə dair təkliflər hazırlanacaq.
Bununla yanaşı, həmin tədbirin - benefisiarların açıqlanması ilə bağlı tələbin nə vaxt qüvvəyə minəcəyi Planda göstərilməyib.
Eləcə də bax: Prezidentdən korrupsiyaya qarşı mübarizə ilə bağlı - SƏRƏNCAM