Azərbaycanda dövlət qurumu öz avtomobillərinə internet vasitəsilə nəzarət edəcək.
FED.az xəbər verir ki, “Azəristiliktəchizat” ASC avtomobillərinin hərəkətinə məsafədən internet vasitəsilə nəzarətin həyata keçirilməsinin satın alınması məqsədilə 2023-cü il mayın 11-də keçirilmiş açıq tenderinə yekun vurub.
Tender “Azəristiliktəchizat” AS-nin 33 avtomobilinə internetlə məsafədən nəzarətin təşkil edilməsini, bu məqsədlə GPS avadanlığının quraşdırılmasını nəzərdə tutur.
Tenderin nəticələrinə əsasən “Qafqaznet” MMC qalib elan edilib, şirkətlə 3800 manat məbləğində müqavilə bağlanılıb.