Azərbaycanda dövlət qurumlarına ofis sahələrinin icarəyə verilməsindən ən çox gəlir əldə edən sahibkar məlum olub.
Dövlət qurumu ofis icarəyə götürür - TENDER ELANI
FED.az-ın son 4 ilin (2020-2021-2022-2023) dövlət satınalmaları üzrə araşdırması göstərib ki, bu dövrdə dövlət qurumlarına ofislərin icarəyə verilməsindən ən çox gəlir götürən sahibkar fiziki şəxs olan Həsənova Qaze Həsən qızıdır (VÖEN 1600110362).
O Dövlət Sosial Müdafiə Fonduna ofis sahəsinin icarəyə verilməsi üzrə bağlanan 4 müqavilə üzrə ümumilikdə 2 milyon 837 min manat gəlir əldə edib.
Ən böyük müqavilə 963 min manat, ən kiçik müqavilə isə 417 min manat olub.
Təkcə 2023-cü ildə DSMF bu sahibkarla 1 milyon 287 min manat məbləğində icarə müqavləsi bağlayıb.