Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida Təhlükəsizliyi İnstitutu Sertifikat Mərkəzinin qurulması və istifadəyə verilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Dənizkənarı Bulvar İdarəsi auditor seçib - MƏBLƏĞ
FED.az vahid satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Softlayn İnterneyşnl" MMC-dir.
Qalib şirkətə 76 452 manat ödəniləcək.
Sertifikat mərkəzi AQTA və onun tabeli qurumlarının informasiya sistemlərində daxili elektron imzanın tətbiqi ilə əlaqədar yaradılır. (Report)