Məcburi Köçkünlər Sosial İnkişaf Fondu (VÖEN: 1400305341) yeni tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Güləbird kənd yaşayış məntəqəsində elektrik təchizatı şəbəkəsinin tikintisi işlərinin satınalınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 3 milyon 546 min 329 manatdır.
Tenderdə iştirak haqqı 1 000 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Aygün Hüseynova / Satınalmalar üzrə menecerin müavini /
[email protected] / +994 12 431 87 03














