Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti (VÖEN – 1300390531) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiridir. Ehtimal olunan qiymət 458 000 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 17 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Fariz Abbasov - Sektor müdiri
[email protected]
+994 12 430 15 30
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 17 mart 2026-cı il tarixinə qədər Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 129 ünvanına təqdim edə bilərlər.












