Gənclər və İdman Nazirliyi tərəfindən İmarət stadionunun tikinti işlərinin birinci mərhələsinin satın alınması həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi “PMD Project” MMC olub. Müqavilənin dəyəri təxminən 60 milyon 507 min manat təşkil edir.
Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə baş tutub.










