2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 123 milyon 990 min dollar dəyərində 409 min 039 ton buğda idxal olunub.
Azərbaycana idxal edilən kərə yağı azalıb
FED.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyətləri Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 105 milyon 270 min dollar dəyərində 308 min 243 ton buğda idxal olunmuşdu. Beləliklə, buğda idxalı dəyər ifadəsilə 17,8%, miqdar ifadəsilə 32,7% artıb. Başqa sözlə idxal göstəricilərində dəyər ifadəsi ilə 18 milyon 720 min dollar, miqdar ifadəsi ilə 100 796 ton artım müşahidə edilib.
Bir ton buğdanın orta idxal qiymətlər üzrə dəyəri 2022-ci ilin 4 ayında 5 345 dollar ikən, 2023-cü ilin 4 ayında 303 dollar olub.