2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 34 milyon 443 min dollar dəyərində 6 min 198 ton kərə yağı idxal olunub.
Azərbaycan xaricdən ət idxalını 17%-ə yaxın artırıb
FED.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyətləri Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 39 milyon 814 min dollar dəyərində 7 min 250 ton kərə yağı idxal olunmuşdu. Beləliklə, kərə yağı idxalı dəyər ifadəsilə 13,5%, miqdar ifadəsilə 14,5% azalıb. Başqa sözlə idxal göstəricilərində dəyər ifadəsi ilə 5 milyon 371 min dollar, miqdar ifadəsi ilə 1 052 ton azalma müşahidə edilib.
Bir ton kərə yağının orta idxal qiymətlər üzrə dəyəri 2022-ci ilin 4 ayında 5 491 dollar ikən, 2023-cü ilin 4 ayında 5 557 dollar olub.