Bu ilin ilk 2 ayında Azərbaycandan 6 milyon 62 min dollar dəyərində 104 min 921 ton sement və klinker ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon dollar və ya 33%, miqdar ifadəsilə isə 37 min 236 ton, başqa sözlə 26,2% azdır.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 9 milyon 59 min dollar dəyərində 142 min 157 ton sement ixrac olunmuşdu.
Bu ilin nəticələrinə görə sementin 1 kiloqramının orta ixrac qiyməti 0,057 dollar (9,7 qəpik) təşkil edib. 2025-ci ildə isə bu rəqəm 0,064 dollar (10,9 qəpik) idi. Bu da illik müqayisədə 0,007 dollar (1,2 qəpik) və ya 10,9% ucuzlaşma deməkdir.
Bu il ilk 2 ayda ümumi ixracın 0,17%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,04%-i sementin payına düşüb.












