Bu ilin ilk 2 ayında Azərbaycandan 2 milyon 687 min dollar həcmində 3 min 132 ton nar ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 684 min dollar və ya 20,3%, miqdar ifadəsilə isə 715 ton, başqa sözlə 18,6% azdır.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 3 milyon 371 min dollar dəyərində 3 min 847 ton nar ixrac olunmuşdu.
Bu ilin ilk 2 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi narın 1 kiloqramının orta ixrac qiyməti 0,86 dollar (təxminən 1 manat 46 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,88 dollar (təxminən 1 manat 50 qəpik) idi. Bu da illik müqayisədə 0,02 dollar (4 qəpik) və ya 2,3% ucuzlaşma deməkdir.
Bu il ilk 2 ayda ümumi ixracın 0,07%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,46%-i narın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,07% və 0,69% olmuşdu.












