Azərbaycan Mərkəzi Bankı (AMB) xəzinə infrastrukturunun fəaliyyətinin təmin etmək üçün yeni pulsayan maşınların alınması üçün açıq tender elan edib.
Eləcə də bax: AMB sığortaçı axtarır
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.
İddiaçılar ilkin sənədləri noyabrın 26-sı, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 8-I, saat 14:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Açıq tender(eTender)
Təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI
Təşkilat VOEN: 9900071001
Təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90
Tender predmeti: Azərbaycan Respublikası Mərkəzi Bankının xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün pulsayan maşınların satın alınması
Tenderin adi: Azərbaycan Respublikası Mərkəzi Bankının xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün pulsayan maşınların satın alınması
Azərbaycan Respublikası Mərkəzi Bankının xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün pulsayan maşınların satın alınması
Başlıq | Açıqlama | Miqdar | |
---|---|---|---|
Pul sayan maşın | 1. Nominala görə sayma (avtomatik); 2. İstiqamət və səthə görə sayma; 3. Sadə sayma; 4. Qarışıq əskinasların sayılması; 5. Verilmiş saya görə formallaşdırma; 6. Məbləğə görə formalaşdırma; 7. Multivalyuta depoziti (eyni vaxtda bir neçə valyuta saymaq imkanı, hər valyutanın miqdarının və məbləğinin hesabının verilməsi); 8. Valyutanın avtomatik müəyyən olunması; | 5 | ədəd |
ÜSL kod (kateqoriya) -
Açıq tenderin başlama tarixi və vaxtı
06.11.2020 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
27.11.2020 15:00
Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı
07.12.2020 18:00
Zərflərin açılış tarixi və vaxtı
08.12.2020 15:00
İştirak haqqı: 50 AZN
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:
ÇATDIRILMA YERİ
Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90
ÇATDIRILMA MÜDDƏTİ
60 təqvim günü
ÇATDIRILMA ŞƏRTLƏRİ
DDP
ÖDƏNİŞ ŞƏRTLƏRİ
Əsas Şərtlər Toplusuna əsasən
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri
Təqdim edilməlidir.
İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı
Təqdim edilməlidir.
İddiaçıların son 2 (iki) il ərzində müvafiq malların satışı sahəsində təcrübəsinin olması və əsas korporativ müştəriləri barədə məlumatlar (adı, ünvanı və əlaqə telefonu)
Təqdim edilməlidir.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış
Təqdim edilməlidir.
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Təqdim edilməlidir.
İxtisas göstəriciləri:
Satınalma prosedurunun başlanmasından əvvəlki 5 il ərzində iddiaçıların özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat
Təqdim edilməlidir.
İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə məlumat
Təqdim edilməlidir.
Qeyd olunmuş prosedurlar üçün mətn
TENDER TƏKLİFİ
Texniki təklif: 30 bal
Keyfiyyət amili (funksional yararlılıq) 30
Təqdim ediləcək nümunəyə əsasən
Qiymət təklifi:: 70 bal
Müqavilənin təminatı
Təklifin qüvvədə olma müddəti
Tender təklifinin təminatı 10.03.2021-ci il tarixinədək qüvvədə olmalıdır.
Qiymət təklifi 70
Təklifdə onun qüvvədə olması müddəti, qiymət təklifi, malların keyfiyyəti (texniki spesifikasiyası) və təqdim olunması müddəti, ödəniş və zəmanət şərtləri, o cümlədən zəmanət müddəti göstərilməlidir.
Tender təklifinin təminatı
Təklifin təminatı onun qiymətinin 1%-i məbləğində Əsas Şərtlər Toplusuna 2 №-li Əlavədə göstərilən bank qarantiyası formasında təqdim olunmalıdır
Qeyd olunmuş prosedurlar üçün mətn
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Tender təklifi: | 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti |
---|---|
Təklifin təminatı: | 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra |
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
- Müəyyən edilməmişdir
Tenderin nəticəsi dekabrın 8-də, saat 15:00-da portalda açıqlanacaq. İş ən gec 1 ay ərzində təhvil verilməlidir.