Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin, nağd pulunun və nəqliyyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 300 manatdır.
FED.az xəbər verir ki, İddiaçılar ilkin sənədləri noyabrın 25-i, saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə dekabrın 3-ü, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim edə bilər.
Tenderin nəticəsi dekabrın 4-da, saat 15:00-da portalda açıqlanacaq.
Əlaqələndirici şəxslər:Elvin Şirdanov, Ceyhun Səmədovdur.
Telefon: 012) 493-11-22 (daxili: 428), (daxili: 599).