Azərbaycan Mərkəzi Bankı açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti Application Performance Monitoring (APM) sisteminin qurulması və mövcud NOC monitorinq həllərinin optimallaşdırılması xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 342 min 465 manat 50 qəpik təşkil edir.
Müsabiqə 9 dekabr 2025-ci il, saat 16:49-da dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 22 yanvar 2026-cı il, saat 17:00, zərflərin açılışı isə həmin tarixdə, saat 17:00-da keçiriləcək.
İştirak haqqı 350 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Könül Əliyeva - Aparıcı Mütəxəssis
[email protected]
+994 12 493 50 58
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 22 yanvar 2026-cı il, saat 17:00-a qədər Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.











