Mərkəzi Bank tərəfindən “Əmək bazarı üzrə sorğu və təhlil xidmətlərinin satın alınması” ilə bağlı elan edilmiş tender ləğv olunub.
FED.az xəbər verir ki, satınalmanın ləğv edilməsinə səbəb iştirakçı sayının tələb olunan həddən az olmasıdır.
Belə ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1. maddəsinə əsasən) müsabiqə baş tutmayıb.











