Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ““Euronews” LLC-nin xidmətlərinin satın alınmasına dair” tenderinin nəticələrini elan edib.
Turizm mərkəzi reklam xidməti alır - TENDER ELANI
FED.az xəbər verir ki, tenderin qalibi “Euronews” LLC (VÖEN: 387858046) olub.
Qalib şirkətlə 4 800 000 manat məbləğində müqavilə imzalanıb.
Məlumat üçün bildirək ki, "Euronews" çoxdilli xəbər kanalıdır. 1993-cü ildə Fransanın Lion şəhərində yaradılmışdır və hazırda dünyanın 160 ölkəsində 12 dildə yayımlanır.
Qeyd edək ki, Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).