Azərbaycan İnvestisiya Holdinqi (AİH) əməkdaşları üçün nəzərdə tutulan komandaqurma və təqdimat tədbirlərinin təşkili ilə bağlı tenderə yekun vurub.
Bakıda 7 ünvanda qəzalı binalar söküləcək - DETALLAR
FED.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Vega Travel Management” MMC olub. Müqavilənin ümumi dəyəri 214.892,16 AZN təşkil edir.
Qalib şirkət tərəfindən il ərzində müxtəlif formatlarda təşkil olunacaq tədbirlər AİH kollektivi və portfel şirkətlərinin əməkdaşlarını əhatə edəcək. Tədbirlərin əsas istiqamətlərindən biri AİH kollektivi üçün Azərbaycanın turizm potensialına malik bölgələrinə təşkil ediləcək səfərlər olacaq. Bu səfərlər zamanı 140 nəfərədək əməkdaşın 5 ulduzlu hoteldə bir və ya iki gecəlik yerləşdirilməsi, nahar, şam və səhər yeməkləri ilə təminatı, rahat nəqliyyat vasitələri ilə daşınması, eləcə də soyuq qəlyanaltılar və alkoqolsuz içkilərlə təmin olunması nəzərdə tutulur. Həmçinin səfərlər zamanı intellektual və aktiv komanda oyunları təşkil olunacaq, qaliblərə isə həvəsləndirici mükafatlar təqdim ediləcək.
Tender çərçivəsində keçiriləcək digər fəaliyyətlərə town hall formatlı görüşlər, portfel şirkətlərin iştirakı ilə təqdimatlar, departamentlər üzrə fərdi görüşlər, eləcə də ilin yekunlarına dair hesabat təqdimatı və Yeni il tədbiri daxildir.