“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti bütün struktur bölmələri və region hava limanları üzrə dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak etmək istəyən iddiaçılar prosedurun şərtlər toplusunu (ŞT) əldə etmək üçün vaghababayeva@ azal.az elektron poçt ünvanına yazılı müraciət edə bilərlər.
Təkliflərin təqdim olunması üçün son tarix 21 noyabr 2025-ci il saat 15:00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Prosedur üzrə əlaqələndirici şəxs: Vüsalə Ağababayeva. Satınalma üzrə aparıcı mütəxəssis, “Azərbaycan Hava Yolları” QSC-nin satınalma idarəsi.
E-mail: [email protected] İş telefonu: (+99412) 497 26 00 (daxili 1451).













