"Azərbaycan Dəmir Yolları" QSC açıq tender elan edir.
FED.az xəbər verir ki, açıq tender 2 lot üzrə keçirilir:
Lot-1: neft məhsullarının daşınması üçün 100 (bir yüz) ədəd çən vaqonlarının satın alınması;
Lot-2: 70 (yetmiş) ədəd qapalı vaqonların satın alınması.
Satın alınan malların istehsal tarixi 2023-cü il tarixindən əvvəl olmamalıdır.
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,
iddiaçılar öz tender təkliflərini ikiqat zərfdə, hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən
imzalanıb möhürlənərək təqdim etməlidirlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, çatdırılma müddəti, habelə texniki və keyfiyyət tələblərinə uyğunluq.
Tələb olunan mallar tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş sayda və
müddətdə təyin edilmiş məntəqəyə təhvil verilməlidir. Tenderdə iştirak etmək istəyən
iddiaçılar hər bir lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba
köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər
toplusunu Bakı şəhəri, D.Əliyeva, 230 ("Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar
Cəmiyyəti) ünvandan (Əlaqələndirici
şəxs: Nigar Zeynalova, tel: (+99412) 499-73-15, 499 66 17, 499 44 80) ala bilərlər.
İştirak haqqı:
Lot-1: 500 (beş yüz) manat;
Lot-2: 300 (üç yüz) manat.
Satınalan təşkilat: "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti
Hesab nömrələri:
AZ57İBAZ38050019449345061205 (AZN);
AZ47İBAZ38150018409345061205 (USD);
AZ64İBAZ38150018109345061205 (RUR).
VÖEN: 9900007721
Bank: Azərbaycan Beynəlxalq Bankı "Nəqliyyat" filialı
Kodu: 805711
VÖEN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. Code: İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
lMüsabiqədə iştirak etmək üçün yazılı müraciət;
lMüsabiqədə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
lMüsabiqə təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
lMüsabiqə təklifi üzrə bank tərəfindən verilmiş, təklifin ümumi məbləğinin 1 (bir) %-İ dəyərində bank təminatı (müsabiqə təklifinin son qüvvədə olma tarixindən azı
30 (otuz) bank günü çox qüvvədə olmalıdır);
Hüquqi statusunu təsdiq edən sənədlər (İddiaçının nizamnaməsinin, dövlət
reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti);
Rekvizitlər - Bank tərəfindən təsdiq edilmiş bank hesabı, hüquqi və faktiki ünvanı
təsdiq olunmuş şəkildə əlavə edilməsi zəruridir (İddiaçının və ya bankın imzası və
möhürü ilə təsdiq edilməlidir);
İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı (Arayışın qeydə alınma
tarixi cari rübü əhatə etməlidir, bank hesabından çıxarış təqdim edildiyi halda isə
çıxarışın hər bir səhifəsi bankın möhürü ilə təsdiq edilməlidir);
İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş
maliyyə hesabatı (Son maliyyə dövrünə olan məlumatı əks etdirməlidir);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı
müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi
ilə müəyyən edilmiş vəzifələrinin
yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış (Arayışın
qeydə alınma tarixi cari rübü əhatə etməlidir, arayış elektron formada əldə
olunduğu zaman həmin arayışın notarial qaydada təsdiq olunması mütləqdir);
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının,
təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin,
etibarlığının olması (Tələb olunan meyarlar üzrə müvafiq göstəricilər əlavə olunmaqla
iddiaçı tərəfindən təsdiq edilmiş sənəd);
lSatınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (rəhbərin təyin edilməsi
haqqında əmrin (qərarın) surəti və ya iddiaçının adından digər şəxsin müqavilə
bağlamaq səlahiyyətini təsdiq edən sənədin (etibarnamənin) surəti əlavə edilməlidir);
lÖz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə
qabiliyyəti olması haqqında arayış, habelə müflis elan olunmaması, əmlakı üzərinə
həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (Arayışın qeydə alınma tarixi
cari rübü əhatə etməlidir, arayış elektron formada əldə olunduğu zaman həmin
arayışın notarial qaydada təsdiq olunması mütləqdir);
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini
yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların
müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan
edilməməsi (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənədin əsli və
ya notarial qaydada təsdiq edilmiş surəti).
Tender təklifləri Azərbaycan dilində, xarici iddiaçılara münasibətdə isə ingilis və
ya rus dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Tender təklifi və bank
zəmanəti hər biri ayrı zərflərdə və ya eyni zərfdə olduğu halda, zərfin üzərində
sıralama nömrəsi ilə sənədlərin adları yazılmalı, iddiaçının möhürü və imzası ilə
təsdiqlənmiş formada təqdim olunmalıdır. Əks təqdirdə təklif edilən sənədlər
qəbul edilməyəcək.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi
və bank zəmanəti istisna olmaqla) 28 iyul 2023-cü il saat 18:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş
ikiqat zərfdə 7 avqust 2023-cü il saat 18:00-a qədər Bakı şəhəri, D.Əliyeva, 230 ("Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri zərfləri 8 avqust 2023-cü il tarixdə, saat 15:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri
zərflərin açılışında iştirak edə bilərlər.