"Azəralüminium" MMC “60 ton kalsiləşdirilmiş sodanın (marka-b (yüngül); DÜİST 5100-85; kimyəvi formulu : Na2Co3)” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 150 manatdır. müsabiqə dekabr ayının 2-də başlayır. Tələb olunan sənədlər dekabrın 27-dək, təkliflər isə yanvarın 9-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 10-da açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri , Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA , AZ1065 .