Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi “Şirvan şəhərində Abadlıq işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Şabran-D” MMC şirkəti olub. Şirkətlə 200 min 079 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Laçın Rayonu İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 495 min 630 manat dəyərindəki “Abadlıq işlərinin satın alınması” (27.10.2022) tenderini qazanıb.