“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Windows” lisenziyalarının satın alınması üçün açıq tenderin həyata keçirilməsi niyyətindədir.
Dövlət şirkəti mebellər alacaq – TENDERƏ HAZIRLIQ
FED.az xəbər verir ki, şirkətin bildirişinə görə, bu məqsədlə "Azərbaycan Hava Yolları" QSC tərəfindən iştirakçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru elan edilir.
Qeyd olunan prosedurdan müvəffəqiyyətlə keçən iştirakçılar açıq tender prosedurunda iştirak etmək hüququnu qazanaraq tenderin əsas şərtlər toplusunu əldə edə biləcəklər.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Windows” lisenziyalarının satın alınması məqsədilə açıq tenderdə iştirak etmək niyyətində olan iştirakçılar uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi proseduru üçün müraciət etməklə prosedurun sənədlər toplusunu əldə edə bilərlər.
Sənədlər iştirakçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun sənədlər toplusunda qeyd olunan qaydalara əsasən təqdim edilməlidir. Qeyd olunan qaydalara uyğun təqdim edilməyən sənədlər geri qaytarılacaqdır.