“Azərbaycan Hava Yolları” QSC iki yeni açıq tender elan edib.
Dövlət Xidməti 2 milyon manatlıq su sayğaclarını bu şirkətdən aldı
FED.az xəbər verir ki, elan edilən tenderlər lisenziyaların satın alınmasını əhatə edir.
Birinci tender “CybeReady” kibertəhlükəsizlik üzrə adaptiv təlim platformasına lisenziyanın alınması ilə bağlıdır. Təkliflərin qəbulu üçün son tarix 15 avqust 2025-ci il saat 10:00-dır.
İkinci tender isə “Tripwire” lisenziyalarının alınmasına yönəlib. Bu tender üzrə də təkliflər 15 avqust 2025-ci il saat 10:00-a qədər qəbul ediləcək.
Hər iki tenderdə iştirak etmək istəyən şirkətlər müvafiq sənədləri [email protected] ünvanına təqdim edə və ətraflı məlumatı əlaqələndirici şəxs – Arzu Qasımli ilə (+99412) 4972600 (daxili 6989) telefon nömrəsi vasitəsilə əldə edə bilərlər.