Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elan olunan və işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək şəhərsalma əsaslandırmaları ilə bağlı tenderlər başa çatıb.
Gədəbəydə dövlət tenderlərini kimlər udur? – SİYAHI, ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, müxtəlif şirkətlər bu satınalmalarda qalib gələrək mühüm layihələrə imza atıblar. Ümumilikdə 10 yaşayış məntəqəsini əhatə edən müqavilələrin ümumi maliyyə dəyəri 2 milyon 183 min 357 manat təşkil edib.
Bu layihələr əsasən Zəngilan, Laçın, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Ağdam və Füzuli rayonlarını əhatə edir. Ən yüksək məbləğə bağlanmış müqavilə Cəbrayıl rayonu üzrə Balyand, Doşulu və Qaracallı kəndlərinin şəhərsalma əsaslandırması ilə bağlı olub və 270 min 810 manat dəyərindədir. Bu tenderin qalibi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu olub.
Ən çox tender qazanan şirkətlərdən biri “Geoproject” MMC-dir. Şirkət iki müxtəlif layihə üzrə ümumilikdə 399 min 38 manatlıq müqavilə əldə edib. Həmçinin “Bureau Mühit” MMC də iki tender qazanaraq 377 min 750 manatlıq sifarişin icrasını üzərinə götürüb. “Azərdövlətsənayelayihə” isə iki tender üzrə ümumi 479 min 788 manat dəyərində layihələr icra edəcək. “EL & EN” firması da iki yaşayış məntəqəsinin əsaslandırma işlərini həyata keçirmək üçün 462 min 796 manatlıq müqavilələrə imza atıb.
Digər qaliblər arasında “İntegris” MMC 195 min 299 manat 44 qəpiklik, “İrontree” MMC isə 268 min 686 manatlıq müqavilə ilə təmsil olunub. Bu tenderlər çərçivəsində seçilmiş şirkətlər yaxın aylarda layihələndirmə işlərinə start verəcək və həmin kəndlərin gələcək inkişaf xəritəsinin əsasını formalaşdıracaqlar.
Daha ətraflı məlumat aşağıdakı cədvəldə:
Satınalma predmeti |
Qalibin adı |
Qalibin VÖEN-i |
Məbləğ |
Zəngilan rayonu Yenikənd kənd yaşayış məntəqəsinin (Rəbənd kəndi ilə birlikdə) şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə satınalma müqaviləsi |
“Geoproject” MMC |
2003594091 |
211.928 AZN |
Laçın rayonu Piçənis kənd yaşayış məntəqəsinin (Xaçınyalı və Ağcayazı kəndləri ilə birlikdə) şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə satınalma müqaviləsi |
“İntegris” MMC |
1301014221 |
|
Qubadlı rayonu Ulaşlı kənd yaşayış məntəqəsinin (Altınca və Əbilcə kəndləri ilə birlikdə) şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə satınalma müqaviləsi |
“Geoproject” MMC |
2003594091 |
187.110 AZN |
Kəlbəcər rayonu Məmmədsəfi kənd yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə satınalma müqaviləsi |
“Bureau Mühit” MMC |
2006792941 |
|
Kəlbəcər rayonu Qanlıkənd kənd yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə satınalma müqaviləsi |
“Bureau Mühit” MMC |
2006792941 |
189.620 AZN |
Cəbrayıl rayonu Çərəkən kənd yaşayış məntəqəsinin (Əfəndilər və Papı kəndləri ilə birlikdə) şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə satınalma müqaviləsi |
“Azərdövlətsənayelayihə” DLİ |
1400266891 |
208.978 AZN |
Cəbrayıl rayonu Balyand kənd yaşayış məntəqəsinin (Doşulu və Qaracallı kəndləri ilə birlikdə) şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə satınalma müqaviləsi |
“Azərdövlətsənayelayihə” DLİ |
1400266891 |
|
Ağdam rayonu Şahbulaq kənd yaşayış məntəqəsinin (Tərnöyüt kəndi ilə birlikdə) şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə satınalma müqaviləsi |
“EL & EN” firması |
1700162381 |
204.140 AZN |
Ağdam rayonu Maqsudlu kənd yaşayış məntəqəsinin (Talışlar, Salahsəmədlər, Təpəməhlə və Tükəzbanlı kəndləri ilə birlikdə) şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə satınalma müqaviləsi |
“EL & EN” firması |
1700162381 |
258.656 AZN |
Füzuli rayonu Aşağı Seyidəhmədli kənd yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə satınalma müqaviləsi |
“İrontree” MMC |
1602812131 |
268.686 AZN |