Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Tovuz rayonu Ağdam kəndi ərazisində yerləşən Axıncaçay su anbarında təmir-bərpa işləri” satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 000 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300300711
Satınalan təşkilatın ünvanı:Bakı şəhəri, Moskva prospekti 69a
Müsabiqənin başlama tarixi və vaxtı: 30.05.2023 15:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 21.06.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 05.07.2023 11:00
Çatdırılma yeri -Tovuz rayonu
Çatdırılma müddəti -75 təqvim günü
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə.
Rekvizitlər.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması.
İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması.
İxtisas göstəriciləri:
İddiaçının son beş tam təqvim ilində analoji işlər üzrə yerinə yetirdiyi müqavilələrin ümumi məbləği 1000,0 min manatdan az olmamalıdır.
Müqaviləni vaxtında yerinə yetirmək üçün aşağıda qeyd olunan avadanlıqlar (maşın və mexanizmlər) tələb olunur:
Müqaviləni vaxtında yerinə yetirmək üçün aşağıda qeyd olunan işçi heyəti tələb olunur:
İddiaçının malik olduğu sərbəst maliyyə vəsaiti, yaxud bankın iddiaçıya vermək üçün zamin olduğu kreditin minimum məbləği 500,00 min manatdan az olmamalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Emin Quliyev, Mütəxəssiz
Email: [email protected]
Əlaqə telefonu: 012 431-08-64