Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti açıq tender elan edir.
FED.az xəbər verir ki, tender elanında Lot –2. “5 ədəd su anbarının (Qaraçay, Qudyalçay, Qusarçay, Vəlvələçay və Türyançay çaylarında) texniki-iqtisadi əsaslandırmanın hazırlanması” layihəsi çərçivəsində “4 ədəd su anbarının (Qaraçay, Qudyalçay, Qusarçay və Vəlvələçay çaylarında) texniki-iqtisadi əsaslandırmanın hazırlanması” işlərinin satın alınması nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 5 500 manatdır.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Moskva prospekti 69a
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.05.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.06.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 06.06.2023 15:00
Əlaqələndirici şəxs: Qulam Aslanov
Əlaqələndirici şəxsin nömrəsi: (012) 431- 08- 64
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 45 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 75 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- Lot –2. “5 ədəd su anbarının (Qaraçay, Qudyalçay, Qusarçay, Vəlvələçay və Türyançay çaylarında) texniki-iqtisadi əsaslandırmanın hazırlanması” layihəsi çərçivəsində “4 ədəd su anbarının (Qaraçay, Qudyalçay, Qusarçay və Vəlvələçay çaylarında) texniki-iqtisadi əsaslandırmanın hazırlanması” işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR Satınalan təşkilatın adı– Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Əlaqələndirici şəxs– Qulam Şamil oğlu Aslanov (S .A.A.). Satınalan təşkilatın ünvanı– Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti-69a. Əlaqələndirici şəxsin emaili– [email protected] Əlaqə nömrəsi– (012) 431 08 64. Satınalma predmetinin adı– “4 ədəd su anbarının (Qaraçay, Qudyalçay, Qusarçay və Vəlvələçay çaylarında) texniki-iqtisadi əsaslandırmasının hazırlanması”. Ünvanı–Quba və Qusar rayonlarının inzibati ərazisi. İşlərin qısa təsviri: Ümumi su tutumları 159 milyon kubmetr, o cümlədən: Quba rayonuna məxsus 27900 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi üçün ümumi su tutumları 142 milyon kubmetr üç ədəd (Qaraçay, Qudyalçay və Vəlvələçay üzərində) və Qusar rayonuna məxsus 20600 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi üçün ümumi su tutumu 17 milyon kubmetr olan bir ədəd (Qusarçay üzərində) su anbarlarının texniki-iqtisadi əsaslandırmalarının hazırlanması. İşlərin yerinə yetirilmə müddəti – 8 aydır. Tender təkliflərinin qiymətləndirilməsi meyarları: Texniki təklif - 10 bal, o cümlədən: - iddiaçı bağlanacaq satınalma müqaviləsinin yerinə yetirilməsi üçün avans ödənişi tələb etmədiyi halda, bu meyar üzrə müəyyən olunmuş maksimal 10 balla qiymətləndiriləcəkdir. Əgər, iddiaçı tender təklifində 20 faizdən artıq avans ödənişi tələb edərsə, onda həmin iddiaçının tender təklifi kənarlaşdırılacaqdır. 20 faiz və daha az avans ödənişi tələb olunan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında hesablanacaq, (20 – X)/20x10 X - tender təklifində iddiaçı tərəfindən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi. Ən az qiymət təklifi – 90 baldır. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi kadr və maliyyə imkanlarına malik olmaqla yanaşı, iddiaçı son 10 (on) il ərzində baş podratçı (əsas layihəçi) kimi su tutumu 40 milyon kubmetrdən az olmayaraq ən çoxu oxşar 4(dörd) iş görmə təcrübəsinə malik olmaqla bərabər ümumi su tutumları 160 milyon kubmetr və qulluq etdikləri suvarma sahəsi 50,0 min hektardan az olmamaq şərtilə su anbarlarının texniki-iqtisadi əsaslandırmalarının tərtib edilməsini əhatə etməlidir (təhvil-təslim aktları və işbitirmə sənədləri təqdim etməlidir). İştirak haqqı– 5500 (beş min beş yüz) manat (iştirak haqqının məbləği “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1 maddəsinə müvafiq olaraq müəyyənləşdirilir). İddiaçılar iştirak haqqını ödədikdən sonra satınalan təşkilata rəsmi müraciət etməklə tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti VÖEN– 1300300711 h/h – AZ 10 IBAZ 380700194497 16100216 “Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı m/h –AZ03NABZ01350100000000002944 Kod– 805562 VÖEN– 9900001881 SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü) İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. Tender təklifi təkliflərin açıldığı gündən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır. Tender təklifi Azərbaycan dilində tərtib edilməlidir (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). 2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir). 3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış. (vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əsli və ya notarial təsdiq edilmiş surətinin yerləşdirilməsi zəruridir); 4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti. (son maliyyə dövrünə olan məlumatı əks etdirməsi sənədin əsli və ya notarial təsdiq edilmiş surətinin yerləşdirilməsi zəruridir); 5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı. (bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin və ya notarial təsdiq edilmiş surətinin yerləşdirilməsi zəruridir); 6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə. (kommersiya və hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş formatında yerləşdirilməsi zəruridir); 7. Rekvizitlər (iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi zəruridir); 8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi. (Sənədlər DİN və ya “Asan xidmət” tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin və ya notarial təsdiq edilmiş surəti zəruridir); Sənədin verilmə tarixi elan verilmiş aydan etibarən olmalıdır __ _______ (ay il) 9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması. (sənədlər vergi xidməti tərəfindən təqdim edilməli, cari rübü əhatə etməli, sənədin əslinin və ya notarial təsdiq edilmiş surəti zəruridir). 10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması. İddiaçının ixtisas göstəriciləri əsas şərtlər toplusunun 3-cü “əsas şərtlər toplusunun məlumat xəritəsi” bölməsinin 13.3.8-ci bəndində verilmiş tələblərə uyğun gəlməlidir. İxtisas göstəriciləri haqqında məlumat əsas şərtlər toplusunun 8-ci “standart formalar” bölməsinin, 7-ci “podratçının ixtisas göstəriciləri haqqında məlumat” qoşmasında göstərilmiş forma və qaydada təqdim olunmalıdır. İddiaçının adları qeyd olunan işçi qüvvəsi haqqında əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir: – layihənin baş mühəndisi haqqında – layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (ümumi izahat kitabının titul vərəqində və layihə cizgilərində künc ştampında) adı və imzası olan sənədin surəti; - topoqraf haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti; - hidroloq haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti; - mühəndis-hidrogeoloq haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (mühəndis-geologiya bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti; - ətraf mühit və iqlim dəyişmələri üzrə mütəxəssis haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (ekologiya bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti; - iqtisadiçı-maliyyəçi (smeta üzrə mütəxəssis) haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (tikintinin toplu smetası bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti; - meliorasiya qurğularının planlaşdırılması və layihələndirilməsi üzrə mühəndis (TTL) haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (tikintinin təşkili layihəsi bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti; - nasos stansiyaları və mexaniki avadanlıqlar üzrə mühəndis haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (nasos stansiyaları və mexaniki avadanlıqlar bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti; - elektrik mühəndisi haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti; - avtomatika mühəndisi haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti; - inşaat mühəndisi (konstruktor) haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (konstruksiya bölməsi üzrə vərəqin künc ştampında) adı və imzası olan sənədin surəti; - (iddiaçı tərəfindən təqdim edilməli). 11. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması. (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməli sənədin əslinin və ya notarial təsdiq edilmiş surətinin təqdimatı zəruridir); Sənədin qüvvədə olma müddəti “Tələb olunan sənədlərin son təqdim olunma tarixini əhatə etməlidir” __ ____ ________ (gün, ay, il) 12. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir). 13. Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması. (İmza səlahiyyəti olan şəxsin (əgər təsisçi direktor deyilsə) əmri, sənədin əslii və ya notarial təsdiqini təqdim etməsi zəruridir). İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3 və 13-cü sıralarda göstərilən sənədləri 25 may 2023-cü il saat 17.00-a (tender təkliflərinin açılışına 7 (yeddi) bank günü qalmış) qapalı zərfdə üzərində əsli və surəti göstərilməklə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. İddiaçılar tender təklifi və bank təminatını isə 5 iyun 2023-cü il saat 17.00-a qədər (tender təkliflərinin açılışına 1 (bir) bank günü qalmış) ) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 6 iyun 2023-cü il saat 15.00-da açılacaqdır. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.