Azərbaycan Tibb Universitetinin iki tenderi ləğv olunub.
4 saylı Bakı DOST Mərkəzində təmir işləri ilə bağlı - TENDERLƏR KEÇİRİLİR
FED.az xəbər verir ki, Azərbaycan Tibb Universiteti 2025-ci ilin tələbatları üzrə elan etdiyi iki satınalma müsabiqəsini ləğv edilib. Ləğv edilən tenderlərdən biri Tədris İdman Kompleksində əsaslı təmir işlərini, digəri isə nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi xidmətlərini əhatə edirdi.
Birinci tender Tədris İdman Kompleksinin sanitar qovşaqlarının və dam örtüyünün əsaslı təmir işlərinin satın alınması ilə bağlı idi. Satınalmanın ehtimal olunan qiyməti 486.160 AZN təşkil edirdi. Müsabiqə 30 may 2025-ci il saat 16:37-də elan edilmiş, təkliflərin son təqdim tarixi 27 iyun 2025-ci il saat 18:00 olaraq müəyyənləşdirilmişdi. Lakin “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən, yəni satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması səbəbindən tender 01 iyul 2025-ci il tarixində ləğv edilib.
İkinci tender isə universitetin balansında olan nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi xidmətlərinin satın alınması (çərçivə sazişi üzrə) ilə bağlı idi. Bu satınalmanın ehtimal olunan dəyəri 154.152,51 AZN idi. Müsabiqə 02 aprel 2025-ci il saat 16:53-də dərc olunmuş və təkliflərin qəbul müddəti 23 aprel 2025-ci il saat 18:00-da başa çatmalı idi. Lakin nəzarət orqanının qərarı ilə bu tender də 01 iyul 2025-ci il tarixində ləğv olunub. Ləğv üçün hüquqi əsas 18 iyun 2025-ci il tarixli, №AİBNDA/SQ-4541/2025 saylı məktub olub.