Azərbaycan Respublikası Baş Prokurorluğu “Prokurorluq orqanları işçilərinin xüsusi geyim formasının satın alınması” tenderinin nəticələrini elan edib.
DİN-nin qurumu yarım milyon manata yaxın mal-materiallar - TENDER
FED.az xəbər verir ki, tenderin qalibi “Atek Uniform” MMC (VÖEN: 1403399511) olub.
Qalib şirkətə 1 049 791 manat ödəniləcək.
Qeyd edək ki, “Atek Uniform” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 15 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elnur Ağayev Ələddin oğludur. Hüquqi ünvanı AZ1111, Bakı şəhəri Nəsimi rayonu, Rəşid Məmmədov 3 mkr, ev 9, m. 20 ünvanında yerləşir.