"ASK Şüşə" MMC açıq tenderə dəvət edir edir.
Səhiyyə Nazirliyi tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender 1 lot üzrə keçirilir:
Lot 1 - 150 ton gil-torpağın daşınması xidməti (12 gediş).
Satınalınacaq xidmətin marşrutu: Gəncə şəhərindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 25, “ASK ŞÜŞƏ” MMC-nin anbarı.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər. (əlaqələndirici şəxs Təyublı Mirteyub (tel.+994 (55) 226-40-34, +994 (12) 505-95-11 (daxili - 422) email: [email protected]).
İştirak haqqı: Lot 1- 20 (iyirmi) manat
İştirak haqqı “asan ödəniş” vasitəsi ilə dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) üzərindən həyata keçirilməlidir.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1.Tenderdə iştirak etmək üçün onlayn müraciət (etender.gov.az);
2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
4.Tender təklifinin 1% həcmində təminat (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox qüvvədə olmalıdır);
5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (əsli və ya notarial qaydada təsdiq olunmuş sürəti);
6.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş);
7.İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli);
8.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır);
9.İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
10. İddiaçının son 1 (bir) il ərzində gördüyü analoji işlər haqqındakı məlumat;
11.İri sahibkarlara elektron satınalmada iştirak etmək Nazirlər Kabinetinin No 556 nömrəli qərarına əsasən icazə verilmir (işçi sayı 250 nəfərdən artıq olduğu təqdirdə).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13.08.2021-ci il saat 12:00 tarixinə qədər, tender təklifini isə 23.08.2021-ci il saat 12:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 24.08.2021-ci il saat 12:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.