Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası “Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” və digər markalı avtomaşınlar üçün mühərrik və transmissiya yağlarının satın alınması məqsədilə açıq tender elan edir.
Maliyyə Nazirliyi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınaımalarının https://www.etender.gov.az/ vahid internet portalına Asan Login vasitəsilə (elektron imza və ya asan imza) daxil ola və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə edə bilərlər.
İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
Potensial imkanları olan iddiaçılar aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasıtəsilə təqdim edə bilərlər.
İştirak haqqı 200 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbayıl filialı
Kod – 805056
VÖEN – 9900001881
m/h – AZ03NABZ 01350100000000002944
S.W.I.F.T. İBAZAZ2X
H/h – AZ25IBAZ38060029446270517209
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Publik Hüquqi Şəxsi
VÖEN – 1700293201
Tenderdə iştirak etmək istəyən bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
–iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
–tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
–tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır).
Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
–malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
–malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
–malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır);
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (elandan sonrakı tarix);
- malgöndərənin fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- maliyyə vəziyyəti haqqında bank arayışı (elandan sonrakı tarix olmalıdır;
-son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış (elandan sonrakı tarix olmalıdır.);
- malgöndərənin nizamnaməsinin surəti. (notariusda təsdiq edilməli);
- qeydiyyatdan keçdiyi ölkə (notariusda təsdiq edilməli);
-rekvizitləri (bank tərəfindən təsdiq olunmalıdır);
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə
bağlı məlumat.
Tenderdə iştirak etmək istəyən iddiaçılar ixtisas göstəricilərinə aid yuxarıda göstərilən sənədləri 16 avqust 2021-ci il saat 11.00-a, tender təklifi ilə bank təminatını isə 24 avqust 2021-ci il saat 11.00-dək portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 25 avqust 2021-ci il saat 11.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.