“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Aitolos”, “Xocalı” və “Murovdağ” gəmilərində gövdə və mexanizmlərin sığortalanması ilə bağlı xidmətlərin satın alınması məqsədilə açıq tender elan edib.
Şuşada 6 bina tikintisi 17 milyon manata başa gələcək - BÖYÜK TENDER ELANI
FED.az xəbər verir ki, müsabiqədə iştirak haqqı 450 manatdır.
Müsabiqədə iştirak etmək istəyən yerli və xarici şirkətlər www.asco.az internet səhifəsinin “Elanlar” bölməsindən ətraflı məlumat və əlavə sənədlərlə tanış ola bilərlər.
Sənədlərin təqdim edilməsi üçün son tarix 15 may 2025-ci il, saat 17:00 olaraq müəyyən edilib.
Tenderdə iştirak üçün sənədlər Azərbaycan dilində, iki nüsxədə (əsli və surəti) təqdim olunmalıdır. Əgər sənədlər xarici dildədirsə, onların Azərbaycan dilinə tərcüməsi təmin edilməlidir. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaq.
Satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri:
№ |
Gəminin adı |
Gəminin balans dəyəri (ABŞ dolları) |
İstismar rayonları |
Azadolma Məbləği (ABŞ dolları) |
1 |
AİTOLOS |
80 000 000 |
Bütün dünya üzrə |
150 000-dək |
2 |
XOCALI |
28 500 000 |
100 000-dək |
|
3 |
MUROVDAĞ |
32 000 000 |
100 000-dək |
Texniki tələblər :
- Təkrarsığortaçı şirkət A və ya da daha üstün reytinqinə malik olmalıdır.
- Adı çəkilən xidmətlərin göstərilməsi üçün xüsusi lisenziya, təcrübə haqqında məlumat təqdim edilməlidir.
- Təkrarsığortaçı şirkətin və broker şirkətinin profilləri barədə təfsilatlı məlumat təqdim edilməlidir.
- Sığorta riskləri 100 % həmin təkrarsığorta şirkətində yerləşdirilməlidir və 100% təminatın əldə edilməsi haqqında təsdiq edici sənəd təqdim edilməlidir.
- H&M (Hull and Machinery Insurance) və İV (Increased Value) proporsiyalarının bölgüsü sığorta məbləğinə 70%/30% olmalıdır.
- Təkrasığorta şirkəti Mərkəzi Bankın reytinq tələblərinə uyğun olmalıdır.