Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təmizlik xidmətlərinin alınması ilə bağlı 3 tenderə yekun vurub.
Ağır Cinayətlər Məhkəməsi üçün "ağır məbləğlər" - 21 milyon manata yeni bina tikiləcək!
FED.az xəbər verir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması” tenderinin qalibi “Lider Təmizlik” MMC olub.
Qalib şirkətə 198 934 manat ödəniləcək.
Bu qiymətə 6300m2 sahə üçün təmizlik xidmətinin alınması nəzərdə tutulub.
***
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması” tenderinin qalibi “Parlaq Məkan” MMC olub.
Qalib şirkətə 221 944 manat ödəniləcək.
Bu qiymətə 6800m2 sahə üçün təmizlik xidmətinin alınması nəzərdə tutulub.
***
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması” tenderinin qalibi “Lider Təmizlik” MMC olub.
Qalib şirkətə 141 588 manat ödəniləcək.
Bu qiymətə 4098.0m2 sahə üçün təmizlik xidmətinin alınması nəzərdə tutulub.