Dövlət Neft Fondu (ARDNF) "Nessus" lisenziyasının müddətinin daha 1 il uzadılması üçün açıq tender elan edib.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Eləcə də bax: Dövlət Vergi Xidmətinin inzibati binası təmir ediləcək
İddiaçılar ilkin sənədləri noyabrın 23-ü, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 1-I, saat 18:00-a qədər qurumun Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Fondun mütəxəssisi Nailə Məmmədlidir. Telefon: (012) 498-77-53 (daxili: 9005).
Təkliflərə dekabrın 2-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq. (Report)