Özbəkistan Respublikasının “Amudarya rayonunun su sistemlərinin yenidənqurulması” layihəsi üzrə Asia İnkişaf Bankı tərəfindən keçirilən tenderin qalibi elan olunub.
FED.az xəbər verir ki, bir neçə beynəlxalq və yerli Şirkətlərin - China Civil Engineering Construction Corporation, China National Aero Technology İnternational Engineering Corporation, Hisorakgidro Qurilish LLC, JV Rakurs Sevice LLC və Esco Group, Stecol Corporation və Yangi Avlod Qurilish - iştirak etdiyi tenderdə Azərbaycan Şirkəti ArchiCO Engineering Company qalib elan edilib.
Layihə çərçivəsində Amudarya rayonunun mərkəzi olan Manqit şəhəri və 18 yaşayış məntəqəsi su ilə təmin olunacaqdır. İnşa olunacaq magistral və paylayıcı xəttlərin ümumi uzunluğu 530 km təşkil edir. İlkin hesablamalara görə 12 mindən yuxarı abonent su ilə təmin olunacaqdır. Bundan əlavə su paylayıcı məntəqələrin, rezervuarların, nasos stansiyalarının, digər köməkçi qurğuların tikintisi, həmin ərazilərin elektrik infrastrukturunun yenilənməsi nəzərdə tutulur. Yeni çəkiləcək su şəbəkəsi SCADA tipli avtomatlaşdırılmış idarəetmə sistemi ilə təmin olunacaq. Amudarya rayonun su təminatı idarəsi üçündə yeni inzibatı bina, qaraj, emalatxana və digər qurğular inşa olunacaqdır. Layihə ümumi qiyməti 29,3 mln dollar təşkil edir. Layihə Asia İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. Tikinti işləri artıq başlanılmışdır.
ArchiCO Engineering Company Azərbaycanda da su və kanalizasiya infrastrukturunun tikintisində böyük təcrübəyə malikdir. Şamaxı, Ağdaş, Qəbələ, Samux şəhərlərinin, Abşeron ərazisində bir çox yaşayış məntəqələrinin su və kanalizasiya sistemlərinin yenidənqurulması işlərini həyata keçirən Şirkət qazandığı təcrübədən beynəlxalq layihələrdədə uğurla istifadə etməyi qarşısına məqsəd qoymuşdur.